Messi Argentinada oynamaqdan qorxduğunu açıqladı

Messi Argentinada oynamaqdan qorxduğunu açıqladı
  • İDMAN

 İspaniyanın "Barselona” klubunun hücumçusu Lionel Messi futbolçu karyerasını vətəni Argentinada başa vurmağa tərəddüd edir. 

Aktual.az "Report”a istinadən xəbər verir ki, 30 yaşlı forvard bu barədə "TyC Sports”a müsahibəsində bildirib.
O etiraf edib ki, Argentina çempionatında çıxış etməkdən qorxur. Messi qarət zamanı öldürülməkdən ehtiyatlandığını söyləyib: "İlk yerdə övladlarım, onlardan sonra mənəm. Argentinada oğurluq məqsədi ilə insanların öldürüldüyünü görmək heç də xoş deyil. Dəfələrlə demişəm ki, karyeramı "Nyuells Old Boyz”da başa vurmaq istəyirəm. Lakin oradakı həyat şübhə doğurur. Övladlarımın sakit böyümələrini və təhlükəsiz həyatdan zövq almalarını istəyirəm”.
Qeyd edək ki, "Nyuells Old Boyz” Lionel Messinin formasını geyindiyi ilk peşəkar klubdur. O, doğulduğu Rosario şəhərinin komandasında 1995 - 2000-ci illərdə çıxış edib. Forvard bir neçə gün əvvəl "Barselona” ilə 2020/2021 mövsümünün sonuna qədər yeni müqavilə imzalayıb.
 
Aktual.az
Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR