"Məşqçi olmaq istəmirəm"

  • İDMAN

İlk öncə futbol oynamamaq çox çətin olacaq. Ancaq karyeramı başa vurduqdan sonra məşqçi, menecer və ya rəhbər vəzifəsində çalışmaq istəmirəm.

Futboldan ayrıldıqdan sonra vaxtımı ailəmə və özümə ayırmağı düşünürəm.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldu "Papel"ə açıqlamasında deyib.

Dünyanın ən varlı idmançılarından olan portuqaliyalı futbolçu pulun onun üçün o qədər də önəmli olmadığını bildirib:

"Ən yaxşı işə, avtomobillərə və çox pula sahib olduğumu söyləyə bilərsiniz. Ancaq bu, hər şey demək deyil. Məsələn, şənbə günü Las Vegasda bir boks yarışı var idi. Ailəmlə oraya getmək istədim, ancaq buna nail olmadım. Çünki kifayət qədər vaxtım yox idi. Buna görə də sahib olduğum pulun çox da önəmi qalmır".

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR