Hamımız bilirik ki, sağlamlıq üçün 8 saat keyfiyyətli yuxu şərtdir. Ancaq “Business Insider”in araşdırmasına görə, bir çox məşhur insan fərqli yuxu vərdişlərinə əməl edib. Bəlkə də, uğurlu olmaq üçün bu yuxu rejimlərindən birinə əməl etmək laızmdır.
Publika.az uğurlu insanların yuxu vərdişlərini təqdim edir:
*Leonardo Da Vinçi 4 saatdan bir 20 dəqiqəlik yuxuya gedirmiş. Bir çoxları Leonardonun dahiliyini bu yuxu rejimi ilə əlaqələndirirlər.
*Məşhur reper Eminem zil qaranlıqda yatmağı sevir. O, yataq otağının pəncərələrinə xüsusi örtük çəkir. Beləliklə, otağına az da olsa işıq düşməsinin qarşısını alır.
*ABŞ-ın 36-cı prezidenti Lindon Conson yuxu üçün günü iki hissəyə bölüb. O, saat 06:30-da oyanıb işləməyə başlayır, daha sonra idman edir, saat 14:00-da isə təkrar yuxuya gedirmiş. Lindon Conson 16:00-da təkrar oyanıb gündəlik fəaliyyətlərinə davam edirmiş.
*Məşhur şair və yazar Emili Bronte yuxuya getməkdə çətinlik çəkib. O, yuxu saatı gələndə salondakı masanın ətrafında yeriyərək dairə vurur, yorulana və yuxusu gələnə kimi yeriməyə davam edirmiş.
*Çarlz Dikkens şimala doğru baxaraq yatırmış. O, bunun yaradıcılığını artırdığına inanıb.
*Uinston Çörçill gündə sadəcə 2 saat yatıb. İngilis siyasətçi hər gün axşamüstü saat 17:00-da viski içdikdən sonra 2 saat yatıb.
Xəbər 525 dəfə oxunub.