Məşhurlar Üzeyir bəyə görə Bakıya gəlir

Məşhurlar Üzeyir bəyə görə Bakıya gəlir

18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçiriləcək.  

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, festivalda İtaliya, Latviya, Rusiya, Suriya, Estoniya, Kanada və Türkiyədən tanınmış musiqiçilər və kollektivlər – Miina Yarvi, Mişel Kampanella, Tanel Joametts, Oleq Poxanovski, Azmex Kinan, Gürcüstan Kamera Orkestri, Liyepaya Simfonik Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti və başqaları iştirak edəcək.   Beynəlxalq Musiqi Festivalında həmçinin Azərbaycan Dövlət Musiqili Teatrı da öz yerini alacaq.   Teatr 19 sentyabrda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasını, 20 sentyabr saat 19.00-da isə dahi sənətkarın “Ər və arvad” operettasını festival iştirakçılarına, əcnəbi qonaqlara təqdim edəcək. 

Xəbər 852 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR