Məşhur yazıçı öldü, prezident başsağlığı verdi

Məşhur yazıçı öldü, prezident başsağlığı verdi

Məşhur amerikalı yazıçı Edqar Lorens Doktorou dünyasını dəyişib. 



Aktual.az  xəbər verir ki, yazıçı 84 yaşında, Nyu-Yorkda ağciyər xərçəngindən həyatını itirib. Edqar 50 illik karyerasında 10 roman, 1 teatr tamaşası, 2 hekayələr kitabı və bir çox məqalə müəllifidir. Yazıçının ölüm xəbərindən sonra ABŞ prezidenti Barak Obama “Twitter” hesabından başsağlığı verib: 



“Kitabları mənə çox şey öyrədib. Onun üçün darıxacağıq”. 



Qeyd edək ki, Edqar Lorens Doktorou “Folkner Mükafatı” və ABŞ Konqresi Kitabxanasının “Amerika ədəbiyyatı mükafatı”nın sahibidir.

 
Xəbər 753 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR