Onun 32 romanının hər biri bestsellerlər siyahısına düşüb.
Məşhur yazıçı Ceki Kollinz Los-Ancelesdə 77 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, yazıçının 6 ildən artıqdır döş xərçəngindən əziyyət çəkdiyi bildirilir.
Kollinzin ən tanınmış əsərləri sırasında “Dayça” və “Laki” romanlar seriyasını qeyd etmək olar. O həmçinin bir neçə mini-serialların ssenari müəllifidir.
Ceki Kollinzin 32 romanının hər biri bestsellerlər siyahısına düşüb.