Məşhur türk müğənnisi Sılanın 28 sentyabrda Bursada verəcəyi konsert şəhər rəhbərliyi tərəfindən təxirə salınıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna 36 yaşlı müğənninin 7 iyulda İstanbulda keçirilmiş "Demokratiya və Şəhidlər Mitinqi" barədə yazdıqları səbəb olub.
İfaçı sosial mediadakı hesabından "çevrilişə qarşıyam, amma şouya qatılmayacağam" yazmışdı.
Onun bu açıqlamasından sonra bursalı bir vətəndaş Sıla haqqında məhkəməyə şikayət ərizəsi verib. Türkiyə qanunlarına görə, "Xalqı kin və düşmançılığa təhrik etmək, Türk millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və təşkilatlarını təhqri etməsi" maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, bir neçə gün öncə müğənninin 21 və 22 sentyabrda Harbiye səhnəsində verəcəyi konsert də təxirə salınmışdı.