Türkiyə mətbuatında yayılan xəbərə görə, ABŞ-da məşhur şokolad firması olan "Nestle" məhsulları geri çağırılır. Buna səbəb isə şokoladların içində şüşə qırıntısının olması ehtimalıdır.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, şirkətdən məsələ ilə bağlı geniş açıqlama verilməsə də, şüşə qırıntılarına görə zərərçəkən şəxsin olmadığı bildirilib.
Qeyd edək ki, geri qaytarılma ancaq ABŞ-a aiddir.