Bakı Apellyasiya Məhkəməsində “Atropatena” QSC-nin “Nestle Azərbaycan” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, prosesdə tərəflər dinlənilib. Növbəti məhkəmə prosesi aprelin 5-nə təyin edilib.
Qeyd edək ki, “Atropatena” QSC müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib.
Bundan sonra “Atropatena” QSC apellyasiya şikayəti verib.