ABŞ-ın "Yahoo!" internet şirkətinin rəhbərliyi 2016-cı ildə əməkdaşlarının ştatını 15 faiz ixtisar etmək, həmçinin özünün bir sıra nümayəndəliklərini azaltmaq niyyətindədir.
Aktual.az Lent.az -a istinadən xəbər verir ki, hələlik məlum olan odur ki, bu məlumatı bu gün keçiriləcək iclas zamanı elan edəcəklər.
Bu gün keçiriləcək iclasda, həmçinin 2015-ci il üçün rüblük hesabatlar da təqdim ediləcək.
Hazırda "Yahoo!" internet şirkəti böyük itkilərlə üzləşib. Son bir il ərzində ümumilikdə şirkət rəhbərliyi bütün dünya üzrə müxtəlif bölmələrdə çalışan 1 800 nəfəri ixtisar edib.
"Yahoo!" mütəxəssisləri tələbatın artırılması və şirkətin rentabelliyi üzrə xüsusi plan hazırlayıblar. Bütün bunlara isə ancaq bir sıra bölmələri ixtisar etməklə nail olmaq mümkündür.