Bakıda intihar hadisəsi qeydə alınıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Nemətulla küçəsi, ev 79, mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədilə atəş açıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.