Alması ilə məşhur olan Qubada artıq məhsul yığımı başa çatıb.
Aktual.az xəbər verir ki, məhsuldarlıq bu il fermerləri qane etsə de, onlar bir sıra çətinliklərlə üzləşdiklərini deyirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsuldan əldə etdikləri qazanc onun üçün çəkdikləri əziyyətə dəymir.
"Keyfiyyətli məhsul yetişdirmişəm. Qoyduğum xərci qarşılaya bilmirəm. Almanın bir kilosunun qiyməti 50-60 qəpik arasında dəyişir. Bu da məni qane etmir", - deyə fermer narazılıq edib.
Hər hektara görə 3-4 min manat ziyana düşdüyünü deyən başqa bir fermer isə qeyd edib ki, məhsulu satmaq onu yetişdirməkdən çətindir.
Daha ətraflı Baku TV-nin materialında:
Xəbər 144 dəfə oxunub.