Xərçəng xəstəliyindən əziyyət çəkən və bu yaxınlarda dünyasını dəyişən müğənni Devid Bouienin vəsiyyəti açıqlanıb.
Aktual.az-ın Axşam.az-a istinadən xəbərinə görə, ifaçının 100 milyonluq sərvəti model həyat yoldaşı və övladları arasında bölüşdürülüb. Devidin uşaqlarının dayəsinə 1 milyon, öz şəxsi köməkçisinə isə 2 milyon dollar ayırdığı bildirilib.
Müğənni 2004-cü ildə yazdığı vəsiyyətnaməsində öldükdən sonra yandırılan cəsədinin küllərinin Bali adasında dəfn olunmasını yazıb. Devid Bouien buddist adət-ənənləri ilə dəfn edilib.