Məşhur müğənninin limuzini yeni sahibini axtarır

Məşhur müğənninin limuzini yeni sahibini axtarır

"Rok-n-rol kralı" Elvis Presliyə məxsus "Continental" limuzini Kaliforniyada "Mecum Auctions" hərracında satılıb. 1967-ci ilin buraxılışı olan bu maşın Elvis Preslinin meneceri Tom Parkerin müğənniyə və nişanlısı Pristsillaya toy hədiyyəsi olub.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, Presli ailəsi bu maşını bəyənib və bir neçə il Memfis rayonunda gəzintilər üçün ondan istifadə edib. Sonra o, müğənninin avtokolleksiyasında yer alıb. Daha sonra limuzini tanınmış çikaqolu avtomobil kolleksiyaçısı Tom Petrozini alıb.
Limuzinin yeni sahibi ondan ailəvi gəzintilər və işgüzar görüşlər üçün istifadə edib və sonda o da limuzini öz avtoparkına göndərib. Buna görə də avtomobil onilliklər ərzində qarajda hərəkətsiz vəziyyətdə toz bağlayıb. 2014-cü ildə Tom Petrozininin vəfatından sonra varisləri məşhur limuzini satmaq barədə düşünüblər, amma yalnız indi avtomobildən ayrılmaq qərarına gəliblər. Avtomobilin qiyməti, çox güman, bir o qədər də yüksək olmayacaq, çünki hazırda yaxşı vəziyyətdə deyil. Xüsusilə salonu bərbad gündədir və bərpa olunmağa ehtiyacı var.
Xəbər 1040 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR