Dima Bilanın seyfindən 9 milyon rubl yoxa çıxıb. Məşhur rusiyalı ifaçı və “Avrovizion” müsabiqəsinin ulduzu qarətçilərin qurbanına çevrilib.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, oğurluq ifaçının Yeni Moskvanın Rasskazovka kəndindəki evindən edilib. Araşdırmalar zamanı bir sıra maraqlı faktlar meydana çıxıb.
Təxminən gecə saat 1-ə yaxın Novomoskovsk inzibati rayonunun polis şöbəsinə oğurluq barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis qıfılın sındırıldığının şahidi olub. İstintaq-əməliyyat qrupu 33 yaşlı ev sahibini və gözətçini dindirib, evdəki əşyalardan nümunələr götürüblər.
Qarətçilərin axtarışına başlanılıb.
Xəbər 769 dəfə oxunub.