Məşhur müğənni Uitni Hyustonun qızı vəfat etdi

Məşhur müğənni Uitni Hyustonun qızı vəfat etdi

Məşhur pop ulduzu Uitni Hyustonun qızı vəfat edib.

Aktual.az xəbər verir ki, Uitni Hyuston və sənətçi Bobbi Braunun qızı, 22 yaşlı Bobbi Kristina Braunun müalicə olunduğu xəstəxanada öldüyü bildirilir. Ailəsinin yaydığı açıqlamada qeyd edilib ki, valideynləri kimi müğənni olan Kristina bu il yanvarın 31-də yaşadığı evin hamamında huşsuz vəziyyətdə tapılıb. Onun beynindən ciddi zədə aldığı məlum olub. 6 ay xəstəxanada saxlanılan gənc müğənni ötən gün vəfat edib.

Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında ölüb. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzüstə vannaya yıxılaraq, boğulduğu müəyyənləşib. Uitni Hyuston bütün sərvətini qızına bağışlamışdı. APA

 
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR