Braziliyalı fanatları kanadalı müğənni Avril Lavin haqqında inanılmaz iddia ortaya atıblar.
İddialara görə, ifaçı hələ 10 il əvvəl dünyasını dəyişib. Onun adından indiyədək tamaşaçıların qarşısına çıxan isə bənzəridir. Portuqaliya saytlarından biri də Avrilin 10 il əvvəlki fotosu ilə indiki şəkillərini müqayisə edərək bu qənaətə gəlib.
Fanatlar bildirirlər ki, müğənni “Let Go” albomu sayəsində qazandığı şöhrətin təsirindən depressiyaya düşüb və fotoqraflar, müxbirlər qarşısına çıxması üçün özünün oxşarını tapıb. Yanında yaşadığı babasının ölümü isə A.Lavin üçün əsl zərbə olub və o, intihar edərək özünü öldürüb.
Qeyd edək ki, Avril Lavinin yaxınları bu fərziyyəyə şərh verməkdən boyun qaçırıblar.\axsamaz
Aktual.az
Xəbər 3225 dəfə oxunub.