Azərbaycanlı karateçi Ayxan Mamayev karyerasını bitirib.
O, 29 yaşında buna qərar verib. Əldə etdiyimiz digər məlumata görə, o, serjant olduğu Çevik Polis Alayından da ayrılıb.
Qeyd edək ki, Ayxan Mamayev daha çox 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olduqdan sonra məşhurluq qazanıb. O, İslam Həmrəyliyi Oyunlarının üçqat qalibidir (2013-cü ildə İndoneziyanın Palembanq şəhərində həm fərdi, həm də komanda şəklində, 2017-ci ildə Bakıda fərdi şəkildə qızıl medal qazanıb – S.M.).
Altıqat Avropa mükafatçısı olan və 84 kq çəki dərəcəsində çıxış edən Ayxan 2014-cü ildə Finlandiyanın Tampere şəhərində keçirilmiş qitə birinciliyində çempion olan komandamızın tərkibində yer alıb.
Xəbər 344 dəfə oxunub.