Məşhur idmançı da küçələrə çıxdı: "Ankaraya gedəcəyik"

Məşhur idmançı da küçələrə çıxdı:

Türkiyədəki hərbi çevriliş cəhdi zamanı küçələrə axışan və orduya qarşı olan əhali arasında ölkənin güləş üzrə milli komandası da yer alıb. 

Aktual.az aznews.az-a istinadən bildirir ki, idmançılardan biri 2 qat dünya, 3 qat Avropa çempionu, İlk Avropa Oyunlarının qalibi sərbəst güləşçi Taha Akgül də olub. Taha Akgül sosial şəbəkədə videosunu paylaşıb və belə rəy yazıb: "Bu millət vətən xainlərinə boyun əyməyəcək. Güləş milli komandası olaraq Boluda xalqımızla birlikdə millətimizin arxasındayıq və lazım olarsa, hər cür dəstəyə hazırıq".

T.Akgül küçədə çevrilişlə bağlı çıxışında bunları səsləndirib: "Biz indi sərbəst güləş yığması olaraq buradayıq. Bir az əvvəl təlim-məşq toplanışında idik. Ekranlardan bu hadisəni izlədikdə, təbii ki, bazada dayana bilmədik, meydanlara endik. Biz güləşçilər, pəhləvanlar olaraq millətimizin arxasındayıq. Ankaraya da gedəcəyik".

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR