Məşhur fransız heykəltaraşı Rodenin "İris - tanrıların elçisi" heykəli Sotheby`s auksionunda 16,7 milyon dollara satılıb.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bundan əvvəl heykəl tanınmış Hollivud ulduzu Silvestr Stallonenin kolleksiyasına daxil idi.
Aktyor 2007-ci ilin iyununda keçirilən auksionda heykəli 576 min dollara satmışdı.
Sotheby`s auksionunda ümumi dəyəri 135 milyon dollar olan lotlar satılıb.
Onlar arasında ən bahalı lot Pablo Pikassonun "Qadının başı" əsəri olub. Bu rəsmə görə kolleksioner 27 milyon dollar ödəyib. Kold Monenin "Dojlar sarayı, San-Corco Majoredən görüntü" əsəri isə 16,7 milyona satılıb.