Braziliyanın San-Paolo məhkəməsi məşhur futbolçunun 50 milyon dollarlıq əmlakına həbs qoyub.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, "Barselona" klubunun oyunçusu Neymarın 50 milyonluq əmlakına həbs qoyub. Həbs olunan əmlaka təyyarə, daşınmaz əmlak, yaxta və.s daxildir.
Braziliya məhkəməsi məşhur futbolçunu vergidən yayınmaqda ittiham edir. Amma Neymar özü bu ittihamı rədd edərək heç bir günahının olmadığını bildirib.