Dortmundun "Borussiya" klubunun (Almaniya) forvardı Pyer-Emerik Obameyanq "Nike" şirkəti ilə ömürlük müqavilə imzalayıb.
"Report" xəbər verir ki, sazişin şərtlərinə görə, hücumçu ilinə təqribən 2 milyon avro qazanacaq.
Bundan əlavə, müqavilədə sosial şəbəkələrdə reklam aksiyaları və prodakt-pleysmentdə iştirak, həmçinin promo-fəallığa görə müxtəlif bonuslar nəzərdə tutulub.
Şirkət bundan əvvəl portuqaliyalı futbolçu Kriştiano Ronaldu ilə də oxşar müqavilə imzalayıb.
Aktual.az
Xəbər 642 dəfə oxunub.