İspaniya milli komandasının və "Barselona”nın sabiq futbolçusu Xavi Hernandes bu gün peşəkar karyerasını başa vuracaq.
Aktual.az "Report”a istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə "Instagram” səhifəsində yazıb.
Asiya Çempionlar Liqasında İran "Persepolis” ilə matç Qətərin "Əl Sədd” klubunun formasını geyinən Xavi üçün sonuncu olacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Barselona”nın yetirməsi olan Xavi karyerası ərzində yalnız iki klubda çıxış edib. İspaniya millisi ilə dünya və Avropa çempionu olan məşhur futbolçu Kataloniya klubunun heyətində mümkün olan bütün mükafatları əldə edib. O, AVRO-2008-in ən yaxşı futbolçusu seçilib.
Xəbər 458 dəfə oxunub.