Amerika futbolunun ulduzu, Milli Futbol Liqası klublarının sabiq oyunçusu Todd Hip ehtiyatsızlıqdan üç yaşlı qızını maşınla vurub.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı "Fox News” yayıb. Hadisə futbolçunun evinin yaxınlığında, Finiks ərtafında baş verib. Yük maşınını idarə edən Hip küçə yoluna qaçan uşağı vurub. Futbolçu uşağı xəstəxanaya çatdırsa da onun həyatını xilas etmək mümkün olmayıb. Polis hadisəni araşdırır. İlkin məlumatlara görə, bu faciəvi qəza hesab olunur.
Sporting News məlumat verir ki, 37 yaşlı futbolçu öz doğma qızını vurub. Onun 5 övladı var. Uşaq onun ən son beşiyi olub.
Aktual.az
Xəbər 701 dəfə oxunub.