Məşhur futbolçu: "Bakıda qol vurmağım yox, titul qazanmağım önəmlidir"

Məşhur futbolçu:

"Avropa Liqasını qazansaq, mövsümü bizim üçün yaxşı hesab etmək olar”.

"Report”un məlumatına görə, bunu İngiltərə "Çelsi”sinin futbolçusu Eden Azar Bakıda "Arsenal”a qarşı keçirəcəkləri Avropa Liqasının final oyunu barədə danışarkən klubun rəsmi saytına deyib.
28 yaşlı belçikalı yarımmüdafiəçi bildirib ki, Bakıda oyuna yanaşmaları düzgün olsa, uğur qazana bilərlər: "Bu, avrokubok oyunudur. Həm mənim, həm klub, həm də baş məşqçi və azarkeşlərimiz üçün önəmli matçdır. Finalda oynayanda bunun Çempionlar Liqasında, Avropa Liqasında və ya Liqa Kubokunda olmasının əhəmiyyəti yoxdur. Siz, sadəcə, qalib gəlmək, bayram etmək istəyirsiniz. Liqa Kubokunun finalında uduzduq. Amma indi yenidən titul qazanmaq imkanımız var. Qol vurmağımın önəmi yoxdur. Bəlkə də "Çelsi”nin heyətində sonuncu oyunum olsa belə, kuboku gətirmək istəyirəm”.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR