Rusiya vətəndaşlığını qəbul edən məşhur fransız aktyoru Jerar Depardye Ukraynanın “qara siyahı”sına salınıb.
Aktual.az xarici mətbuata istinadən məlumatına görə, bundan sonra Ukrayna əhalisi Depardyenin çəkildiyi filmləri izləyə bilməyəcək. Aktyorun iştirakı ilə çəkilmiş ekran işlərinin kinoteatrlarda və televiziyalarda nümayişi qadağan edilib.
Hətta mətbuatda belə Jerarın adının çəkilməsinə icazə yoxdur.
Bütün bunlara fransız ulduzunun Rusiya prezidenti Valdimir Putini hər zaman dəstəkləməsi və müsahibələrinin birində işlətdiyi ifadələr səbəb olub.
Belə ki, Depardye müsahibəsində “Mən Rusiyanı və onun tərkibinə daxil olan Ukraynanı çox sevirəm” demişdi.
Xəbər 837 dəfə oxunub.