Yaponiyanın elektrik cihazlar istehsalçısı "Toshiba" cari maliyyə ilində 6 mlrd. dollarlıq zərər proqnozlaşdırır.
Aktual.az APA-ya istinadən xəbər verir ki, ötən maliyyə ilini konsern 4,6 mlrd. dollarlıq zərərlə başa vurub.
Xatırladaq ki, 2015-ci ildə "Toshiba" 10 min işçisinin ixtisar olunacağını bəyan edib. Bununla yanaşı, şirkət bəzi biznes sahələrində də islahatlar aparacağını bildirib.