Məşhur braziliyalı ulduz haqqında 9 illik həbs qərarı çıxarıldı

Məşhur braziliyalı ulduz haqqında 9 illik həbs qərarı çıxarıldı
  • İDMAN

Təcavüzdə ittiham olunan məşhur braziliyalı ulduz Robinyonun son etirazı apellyasiya məhkəməsi tərəfindən rədd edilib.

Qaynarinfo xəbər verir ki, Roma Məhkəməsi futbolçunun ittihamlarla bağlı şikayətini rədd edib. 37 yaşlı ulduz haqqında 9 illik həbs qərarı çıxarılıb. Üstəlik ona növbəti dəfə apellyasiya şikayəti vermək imkanı yaradılmayıb.

2013-cü ildə İtaliyanın Milan şəhərindəki gecə klublarından birində 28 yaşını qeyd edən Robinyonun bir qadına dostları ilə birlikdə təcavüz etdiyi iddia olunurdu. Şikayətdən sonra 2015-ci ildə Robinyo və hadisədə iştirak edən 5 nəfər təqsirli bilinib.

Braziliyalı futbolçu isə şikayətçi qadının hadisə zamanı sərxoş olması ilə bağlı deyilənləri təkzib edib və apellyasiya şikayəti verib.

Braziliya konstitusiyası bu işdə günahkar bilinən Robinyo və Falkonun ölkəyə göndərilməsinə mane olur. İtaliya tərəfi isə onun cəzasını Cənubi Amerikada çəkməsi üçün Braziliya məhkəmələrinə müraciət edəcək.

Robinyo xaricə səfər edəcəyi təqdirdə həbs olunmaq riski ilə üzləşir. Bunun üçün İtaliya beynəlxalq həbs qərarı verməlidir və bu, istənilən Avropa İttifaqı ölkəsində icra oluna bilər.

"Real", "Mançester Siti", "Milan" kimi komandaların da formasını geyinən Robinyo Türkiyədə Sivasaspor və "Başakşehir"də də top qovub. "Başakşehir"dən sonra ölkəsinə qayıdan və "Santos"la anlaşan Robinyo təcavüz hadisəsindən sonra müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR