Məşhur bəstəkar ölüm ayağında

Məşhur bəstəkar ölüm ayağında

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ağırlaşıb.

Aktual.az xəbər verir ki, bu barədə ölkə.az-a bəstəkarın ailə dostu, şairə Zenfira Əlişqızı məlumat verib. Onun sözlərinə görə, artıq həkimlər də heç bir müdaxilə edə bilməyəcəklərini söyləyiblər:
"İnsultdan sonra nitqi itmişdi. Bədəni soyuyur. İyirmi gün bundan öncə həkimlər bildirdilər ki, heç bir zəmanət vermirik. Bundan sonra neçə gün yaşayacağı Allahın əlindədir. Artıq Bəstəkarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin də xəbəri var". 

Qeyd edək ki, T.Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. Məlumat üçün qeyd edək ki, Zeydman Bakıya Üzeyir Hacıbəyovun dəvəti ilə Leninqraddan dəvət edilibb. Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova kimi bir sıra məşhur bəstəkarlarımız məhz Zeydmanın tələbəsi olub.
Tahir Əkbər 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Xəbər 1116 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR