Rusiyanın "Pyatnitsa" kanalının aparıcısı Janna Badoyeva Bakıya gələcək.
Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, o, bu haqda "moscow-baku.ru" saytına müsahibəsində deyib. Aparıcı "#ЖаннаПожени" ("Janna, evləndir") adlı yeni verilişinin Bakıda da çəkiləcəyini bildirib:
"Hansısa bir cütlüyü Bakıya gətirəcəyik. Xəzər dənizi sahilində onlar üçün möhtəşəm toy edəcəyik. Axı Azərbaycan sevgi ölkəsidir".
Qeyd edək ki, Janna bundan əvvəl "Oryol i reşka" verilişinin də paytaxtımızda çəkilişini edib.