Məşhur aktyorun xatirə gecəsi keçirildi

Məşhur aktyorun xatirə gecəsi keçirildi

Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teatrın baş rejissoru-bədii rəhbəri, xalq artisti Azərpaşa Nemət, S. Aslanın sənət dostları, tamaşaçılar iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev S. Aslanı Azərbaycan teatrının nəhəng sənətkarlarından biri kimi dəyərləndirib: "Səyavuş Aslan unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsl sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan teatrı, Azərbaycan kinosu, mədəniyyətimiz var, Səyavuş Aslanın sənəti də yaşayacaq".

Xalq artisti Azərpaşa Nemət S. Aslan haqqında xatirələrini bölüşüb, onu Azərbaycan teatrının, kinosunun böyük sənətkarı kimi xarakterizə edib.

Tədbirdə xalq artistləri Hacı İsmayılov, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.

Yubiley mərasimində S. Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunub.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR