Məşhur aktyorlara hökm oxundu - 10 ay həbs

Məşhur aktyorlara hökm oxundu   - 10 ay həbs
  • DÜNYA

Aktyorlar Kenan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydının da aralarında olduğu 53 nəfərin məhkəmə prosesi yekunlaşıb.

İstanbul 19-cu Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesə məşhurların vəkilləri qatılıblar.

Məhkəmə ümumilikdə 53 nəfər barədə hökm oxuyub. Hakim onları qanunla qadağan olunmuş məqsədlər üçün təşkilat qurmaq, onu idarə etmək və üzv olmaqda günahlandırılıb.

Kenan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydına isə "narkotik maddələrdən istifadə etmək" maddəsi ilə hökm oxunub. Məşhur simalara 10 ay həbs cəzası verilib.

Həbs cəzasını təxirə salan məhkəmə şübhəlilərin 5 il yoxlama müddətinə cəlb edilməsinə hökm çıxarıb.\qafqazinfo

Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR