Suriyada vətəndaş müharibəsindən öncə rol aldığı film və seriallara görə ölkənin ən məşhur aktyorları sırasında yer alan Cihad Abdo hazırda ABŞ-da pizza satmaqla özünü dolandırır
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir zamanlar pərəstişkarlarının çoxluğuna görə Şam küçələrində çətinliklə gəzən 54 yaşlı aktyor Los-Angeles küçələrində pizza satmaqla dolanır.
Karyerası ərzində 43 filmə və çoxlu seriallara çəkilən Cihad Suriya prezidenti Bəşər Əsədin lehinə olan televiziya proqramlarına qatılmaqdan imtina etdiyinə görə, həyat yoldaşı ilə birgə ABŞ-a qaçmağa məcbur olub.
Aktual.az
Xəbər 604 dəfə oxunub.