Məşhur aktyor arvadını döydüyü üçün serialdan qovulacaq - FOTO

Məşhur aktyor arvadını döydüyü üçün serialdan qovulacaq   - FOTO
  • DÜNYA

"Kaybolan yıllar" serialının Əsməri Saruhan Hunel jurnalist sevgilisini döydüyü üçün rol aldığı serialdan qovulacaq.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aktyorun rol aldığı "Karagül" serialının prodüseri Şükrü Avşar sevgilisi Edda Sönməzi döydüyü üçün barəsində cinayət işi açılan Hüneli serialdan uzaqlaşdırmağı düşündüyünü bildirib.

Eyni zamanda, "Karagül" serialında Kenan obrazını canlandıran Hünelin serialdan qovulması üçün sosial şəbəkədə kampaniya başladılıb.

Qeyd edək ki, futbolçu Paskal Noumadan müsahibə alan Sönməz onunla çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Fotoya əsəbləşən Hünel jurnalistin evinə gələrək onu döyüb. Polisə şikayət edən Sönməz 6 aylıq münasibətləri ərzində Hünel tərəfindən 5 dəfə döyüldüyünü bildirib.

Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR