Amerikanın məşhur yumoristi Bill Kosbi tərəfindən təcavüzə uğradıqlarını deyən qadınlar “New York Magazine” jurnalının üz qabığına çıxıblar.
Aktual.az axşam.az-aistinadən xəbər verir ki, son illər davamlı olaraq haqqında təcavüz iddiaları yayılan Billlə bağlı məhkəməyə müraciət edən qadınların sayı 40-ı keçmişdi. Məşhur jurnal 78 yaşlı aktyordan şikayət edən 35 qadından müsahibə alaraq, onların başlarına gələnləri dərc edib.
Bütün materiallar qadınların ifadələrindən və foto, video görüntülərdən hazırlanıb. Dərginin üz qabığında 35 qadından əlavə boş stul şəkli də yer alıb. Bu isə simvolik olaraq, “36-cı qurban” mənasını daşıyır.
Qeyd edək ki, qadınlarla hazırlanmış reportajın diqqətçəkən məqamı onların danışdıqlarının bir-birinə çox oxşaması olu