"Meşələrdə yanğınların baş verməsinin iki səbəbi var"


"Meşələrdə yanğınların baş verməsinin iki əsas səbəbi var. Taxıl biçinindən sonra kövşənin yandırılması və odla ehtiyatsız davranmaq. Əsas bu səbəblərə görə meşə yanğınları baş verir".

Aktual.az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
O qeyd edib ki, meşə yanğınlarından qorunmaq üçün hər il olduğu kimi bu il də qabaqlayıcı tədbirlər həyata keçirilir. "Sutkalıq növbətçilər olur, müəssisələrdə yanğınsöndürmə dəstələri yaradılır.

Onlar mütəmadi reydlər keçirdir, əraziləri nəzarətə götürürlər. Ən əsas da yanğının baş vermə ehtimalı çox olan ərazilərdə bu işlər aparılır. Bu da bələdiyyə torpaqları ilə həmsərhəd ərazilərdir.

Adət halını almış-taxıl biçiləndən sonra kövşənləri yandırırlar, bundan isə meşə örtüyü yanır". S.Salmanovun sözlərinə görə, 2015-ci ildə bu səbəblərdən baş verən 3 yanğın meşə fonduna ciddi ziyan vurmamışdı. "Vaxtında qabaqlayıcı tədbirlər görüldü və yanğınlar tez zamanda söndürüldü".

Bu gün meşələrin qorunması istiqamətində ciddi tədbirlərin aparıldığını deyən sektor müdiri bildirib ki, meşə bərpa tədbirlərinin geniş ərazilərdə aparılması və mövcud meşələrin qorunub saxlanması qarşıya qoyulmuş ən vacib məsələdir.

"15 ildir qanunsuz qırıntıların 5 dəfə azaldılmasına nail olmuşuq. Əvvəlki illərdə Respublikaya ağac və ağac məhsullarının idxalı 80 milyon dollar həcmində idisıə, artıq bu rəqəm 200 milyon dolalrı örtüb. Meşələrin qorunması tədbirlərinin nəticəsidir ki, Respublikaya Rusiya və Ukraynadan ağac və ağac məhsullarının idxalı artıb".

S.Salmanov bu gün bir sıra aran rayonlarında meşələrin bərpası istiqamətində işlərin aparıldığını bildirib.

"Dağ bölgələrimizdə meşə örtüyü 18-60 faiz arasındadır. Aran bölgələrində isə 0,5-2 faizdir. Ona görə də əsas işimiz düzən sahələrində meşəlik sahəsini artırmaqdır.

Ağcabədi, Beyləqan, Ağdaş, Yevlax, Sabiarabad, bu istiqamətlərdə meşə bərpa işləri həyata keçirilir. Bununla bağlı artıq nəticələrə də nail olunur".

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR