Meşədə qanunsuz at kəsimi aşkarlandı - 150 kq

Meşədə qanunsuz at kəsimi aşkarlandı   - 150 kq

Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən iyulun 4-ü saat 1-2 radələrində Tərtər rayonunun Büləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəkləri aşkarlanıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, Xidmətin Tərtər Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR