Məscidin sökülməsinə rəsmi reaksiya

Məscidin sökülməsinə rəsmi reaksiya

“Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəmkirdə məscidin sökülməsi ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb. 

Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib.

Buna görə də, yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb:

“Bildiririk ki, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır.

İndiyədək, dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb. Əkisinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib.

Son 10 ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları əsasında onlarla məscid inşa edilmiş və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Bu fakt deyilənlərin əyani təsdiqidir.

Şəmkir rayonu Zəyəm kəndində mövcud faktla əlaqədar onu da bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır”, - deyə, qurumdan bildiriblər.

Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb. 

Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib.

Buna görə də, yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb:

“Bildiririk ki, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır.

İndiyədək, dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb. Əkisinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib.

Son 10 ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları əsasında onlarla məscid inşa edilmiş və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Bu fakt deyilənlərin əyani təsdiqidir.

Şəmkir rayonu Zəyəm kəndində mövcud faktla əlaqədar onu da bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır”, - deyə, qurumdan bildiriblər.

Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR