Banqladeşin paytaxtı Dakka şəhərində məscidlərin birində Aşura günü ilə bağlı toplaşan minlərlə şiə müsəlmanı terrorçuların hədəfinə çevrilib.
Report-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Hussani Dalan" məscidinin daxilinə partlayıcı qurğu atan naməlum şəxslər 12 yaşlı uşağın ölümünə səbəb olublar. İnsident nəticəsində yüzdən çox müsəlman yaralanıb.
Terror aktına görə məsuliyyəti hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.