Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müraciətlərə baxılıb.
MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Sərdar Mehdiyev, 57 saylı Kürdəmir Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Azad Mürsəliyev, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Ulduz Quliyeva, 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliklərinin müvafiq dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.
MSK 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Ramil Hüseynov, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Namiq Əliyevin namizədliklərinin müvafiq DSK-lar tərəfindən qeydə alınmaması ilə bağlı şikayətlərini əsaslı sayıb, DSK-ların qərarları ləğv edilib, həmin şəxslərin deputatlığa namizədlikləri qeydə alınıb.\apa