Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası ilə əlaqədar vətəndaşlara müraciət edib.
Aktual.az Trend-ə istinadən bildirir ki, müraciətdə 60 yaşdan yuxarı olan insanların qan vermədə iştirak etməməsi tövsiyə olunur.
Müraciətdə deyilir ki, əgər 65 yaşadək olan şəxslər davamlı olaraq 3-4 dəfə qan veriblərsə, o zaman həmin yaşadək olan insanlar qanvermədə iştirak edə bilərlər: "Əks halda 60 yaşdan yuxarı olan insanların qan verməsinə icazə verilmir".