Mərkəzi Neftçilər Xəstəxanasından hakim Ənvər Seyidovun səhhəti ilə bağlı AÇIQLAMA

Mərkəzi Neftçilər Xəstəxanasından hakim Ənvər Seyidovun səhhəti ilə bağlı AÇIQLAMA

"Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun səhhəti qaydasındadır".

Aktual.az  xəbər verir ki, bunu report-a açıqlamasında hakimin hazırda müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib.

Baş direktorun sözlərinə görə, Ənvər Seyidovun vəziyyəti yaxşıdır: "Onun şəkəri yüksəlmişdi deyə səhhətində müəyyən problem yaranmışdı. Lakin indi hər şey öz qaydasındadır. Həftəsonu o, evə buraxılacaq. Tezliklə də işinə qayıdacaq".
Qeyd edək ki, 67 yaşlı hakim dekabrın 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Aktual.az  
Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR