Mərkəzi Neftçilər Xəstəxanası ilə bağlı ŞOK İTTİHAMLAR

Mərkəzi Neftçilər Xəstəxanası ilə bağlı  ŞOK İTTİHAMLAR

İddia: Yaşlı və xəstə insanlar bu xəstəxanada süründürməçiliyə məruz qalırlar. Yalnız xəstələr və yaxud da onların yaxınları «pul kisələrini» açdıqda, onlara qarşı münasibət dəyişir

Mərkəzi Neftçilər Xəstəxanasında rüşvət və korrupsiya şəbəkəsinə birbaşa rəhbərliyin nəzarət etdiyi iddia olunur.

Aktual.az xəbər verir ki, bu barədə Pia.az-ın redaksiyamıza daxil olan məlumatda bildirilir.

Mərkəzi Neftçilər Xəstəxanasında baş verən qanunsuzluqlarla bağlı Gunxeber.com saytının redaksiyasına yeni məlumatlar daxil olub. Həmin məlumata görə Azərbaycan neftçilərinin sağlamlığının keşiyində dayanmalı olan bu tibb ocağında tibbi xidmət pulsuz olsa da, əslində burdakı qiymətlər özəl klinikaların qiymətlərindən heç bir şeylə fərqlənmir. Xüsusən təqaüdə çıxmış neftçilərə qarşı bu xəstəxanada demək olar ki, saymazlıq hökm sürür. Bunun səbəb isə çox sadədir. Çünki təqəüdə çıxan neftçilərin sığorta məbləği az olduğu uçün onlara qarşı bir ögeylik var. Belə ki, yaşlı və xəstə insanlar bu xəstəxanada süründürməçiliyə məruz qalırlar. Yalnız xəstələr və yaxud da onların yaxınları «pul kisələrini» açdıqda onlara qarşı münasibət dəyişir.

BUNU DA OXUYUN: Mərkəzi Neftçilər Xəstəxanasında dövlətin milyonları hara xərclənir?

Məlumata görə, hər gün yüzlərlə vətəndaşa pullu xidmət edən qurum ayda yüz min manatlarla qazanc əldə etməsinə baxmayaraq, Mərkəzi Neftçilər Xəstəxanasında rüşvətsiz heç bir doğru-durust müayinəyə girmək mümkün deyil. Hər şey isə birbaşa baş həkim Leyla Seyidbəyovanın nəzarəti altında baş verir. Yaşlı xəstələrə bir qayda olaraq təcrübəsiz həkimlər təyin olunurlar. Yalnız xəstə rüşvət verdikdən sonra təcrübəli və savadlı həkimlərin müayinəsinə nail ola bilirlər.

BUNU DA OXUYUN: Mərkəzi Neftçilər Xəstəxanası haqda şok iddialar

Qeyd edək ki, mənbəninin iddasına əsasən dövlət tərəfindən dərman və tibbi ləvazimatlara ayrılan vəsaitlər mənimsənilir. Belə ki, hər il dövlətdən 1,8 milyon manatlıq dərman və sarğı ləvazimatları alan, həmçinin Səhiyyə Nazirliyi tərəfindən verilən 160 adda dərman pereaparatından Mərkəzi Neftçilər Xəstəxanasında yalnız bir neçəsini tapmaq olar. Ayrılan vəsaitlər bir qayda olaraq hesabdan hesaba köçürülərək mənimsənilir. Məlumatlı mənbə bildiririr ki, xəstəxana rəhbərliyi həm keçən il, həm də bu il 1,8 milyon manatlıq dərman və sarğı ləvazmiatlarınının 80 faizini mənimsəyib.
Qeyd edək ki, istər Mərkəzi Neftçilər Xəstəxanası üçün ayrılan dərman və tibb ləvazimatlarının alınmasında, istərsə də xəstələr üçün ərzaq alınması üçün ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi ilə bağlı dəqiq faktlar redaksiymıza təqdim olunub. Həmin məlumatları diqqətlə araşdırdıqdan sonra yaxın günlərdə dərc edəcəyik.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.(Pia.az)

Aktual.az

Xəbər 12435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR