Bakının Səbail rayonunda yerləşən Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb.
"Report” xəbər verir ki, 1985-ci il təvəllüdlü Əliyev Orxan Cəbrayıl oğlu tanışı ilə mübahisə edib.
Tərəflər mübahisəni Mərkəzi Nəbatət Bağında davam etdiriblər. Nəticədə O.Əliyev döyülərək ağır bədən xəsarətləri alıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.
Məlumata görə, davada iştirak edən bir nəfər saxlanılıb.