Parlament səs verdi.
Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.
Layihə səsə qoyularaq qəbul olunub.