Milli Məclisin bu gün keçirilən iclasında Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi barədə məsələyə baxılıb.
APA-nın məlumatına görə, layihənin təqdimatında hər üç şəxsin bank sektorunda uzun illik səmərəli fəaliyyətindən, ölkənin pul-kredit və maliyyə sistemində həm nəzəri, həm praktik bacarıqlarından söz açılıb.
Sonda sənəd səsə qoyularaq qəbul olunub.
Aktual.az
Xəbər 333 dəfə oxunub.