Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7%-dən 6,5%-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5%-dən 9%-ə endirilib.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib", deyə AMB bəyan edib.
Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda açıqlanacaq.
Xəbər 676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR