"Azərbaycan Mərkəzi Bankı Əmanətlərin Sığortalanması Fondunun ehtiyacları üçün zəruri vəsaitləri qüvvədə olan qanunvericiliyə uyğun ayıracaq".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
O bildirib: "Bununla bağlı heç bir narahatlıq ola bilməz. Əmanətlərin Sığortalanması Fondu müflis olmuş bankların əmanətçilərinə kompensasiyaların verilməsini davam etdirəcək. Hazırda fond vəsait çatışmazlığı hiss etmir".