Azərbaycan Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən kommersiya banklarının nümayəndələri üçün “Fraud Clinic Event” mövzusunda seminar keçirilib.
Bu barədə AMB-dən bildirilib.
Bankdan qeyd edilib ki, seminarda ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları, o cümlədən bu sahədə son trendlər haqqında məlumat verilib.
Bundan əlavə, AMB-dən bildirilib ki, seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri açıqlanmış və bu sahədə beynəlxalq təcrübə bölüşülüb.
Aktual.az