Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin noyabr ayında 95 min unsiya (təqribən 3 ton) qızıl satıb.
Aktual.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqladığı hesabatda deyilir.
Hesabata əsasən, qeyd edilən rəqəm AMB-nin ümumi qızıl ehtiyatlarının 12%-ni təşkil edir.
Beləliklə, AMB-nin qızıl ehtiyatı 22 ton 15 kq səviyyəsinə enib.
Xəbər 597 dəfə oxunub.